Avro-2012-də Azərbaycan millisinin rəqibləri bəlli oldu

img

07-02-2010 [04:52]


Fevralın 7-i Polşanın paytaxtı Varşavada keçirilən püşkatma zamanı məlum olub ki, futbol üzrə Azərbaycan yığması Avro-2012-nin final mərhələsi uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq. [b]Püşkatmanın tam nəticələri belədir: [/b] [b]A qrupu:[/b] Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, Azərbaycan [b]B qrupu: [/b]Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra [b]C qrupu:[/b] İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer Adaları [b]D qrupu:[/b] Fransa, Rumıniya, Bosniya, Belarus, Albaniya, Lüksemburq [b]E qrupu:[/b] Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino [b]F qrupu: [/b]Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta [b]G qrupu:[/b] İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya [b]H qrupu:[/b] Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya [b]I qrupu:[/b] İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn Qeyd edək ki, oyunlar 2010-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək (şənbə və çərşənbə axşamları) keçiriləcək. Hər qrupun qalibi və ən yaxşı ikinci nəticə göstərən bir milli birbaşa final mərhələsinə keçəcək. Daha dörd vəsiqə uğrunda isə ikinci yeri tutmuş qalan səkkiz komanda mübarizə aparacaq. Futbol üzrə Avropa çempionatının final mərhələsi iki ölkədə - Ukrayna və Polşada keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA