Vaqif Cavadov bu gün Hollandiya çempionatında debüt edəcək

img

03-02-2010 [04:07]


Futbol üzrə Hollandiya çempionatında XXI turun oyunları keçirilir. Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu ?Tvente? klubu doğma ?De Grolsch Veste? arenasında ?Herakles? klubunu qəbul edəcək. Bu oyunda baş məşqçi Stiv Maklarenin futbolçumuza etimad göstərəcəyi bildirilir. ?Tvente? Hollandiya çempionatı tarixi ərzində öz meydanında ?Herakles? klubu ilə 5 dəfə qarşılaşıb. Bu görüşlərdən üçündə ?Tvente?, birində isə ?Herakles? qələbə qazanıb. Bir oyun isə bərabərliklə yekunlaşıb. Topların ümumi nisbəti də ?Tvente?nin xeyrinədir-7:4. Xatırladaq ki, ?Tvente? ? ?Herakles? matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA