"Seçki komissiyalarının indiki formatı ölkədəki siyasi qüvvələr balansını özündə ehtiva edir"

img

03-02-2010 [03:52]


?Seçki komissiyalarının indiki formatı ölkədəki siyasi qüvvələr balansını özündə ehtiva edir. Eyni zamanda, seçicilərin mütləq əksəriyyəti seçki komissiyalarının indiki formatına etimad göstərdiyini dəfələrlə sübut edib?. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova bəzi müxalifət partiyalarının seçki komissiyalarının formatının dəyişdirilməsi ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib. B.Muradovanın sözlərinə görə, seçkilərdə iştirak edən siyasi partiyaların da əksəriyyəti bu formatın balanslı olduğunu bildiriblər. ?Bəzi partiyalar seçkilərdə iştirakdan ona görə məhrum deyillər ki, seçki komissiyaları bu səviyyədədir. Onlar öz imkanlarını bildikləri üçün seçkilərə qatılmırlar. Və komissiyalara öz namizədlərini göndərməkdən imtina edirlər? deyən vitse-spikerin sözlərinə görə, bu partiyalar özlərinə sərf edən format istəyirlər. Amma buna getmək olmaz. ?Komissiyalar seçkilərin nəticəsindən asılı olaraq qüvvlərin balansı əsasında formalaşır. Biz beynəlxalq təşkilatların rəyi əsasında buna getmişik. Ölkəmizdə ən münasib seçki formatı mövcuddur. Ona görə də, belə müzakirələr mənasızdır? deyə Bahar Muradova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA