Yeni gənclər təzkilatı fəaliyyətə bazlayır

img

02-02-2010 [04:04]


Yavarın 20-də bir qrup gəncin təşəbbüsü ilə yeni gənclər təşkilatının təşəbbüs qruppu yaradılıb. Azərbaycan Mühafizəkarlar Gənclər Assosasiyası adlanan bu qurumun təşkilat komitəsinə 5 nəfər gənc daxildir. Təşkilat Komitəsinin sədri Paşa Əsədzadənin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, təşkilatın yaradılmasında əsas məqsəd Azərbaycanda mədəniyyətin, adət-ənənələrin, milli təfəkkürün qorunması və bu dəyərlərin daha da inkişaf etdirilməsinə yardım göstərməkdir. P.Əsədzadənin dediyinə görə, təşkilatın yanvrın 20-də yaradılması təsadüfi deyil. Belə ki, 20 yanvar Azərbaycanın milli azadlıq tarixinə qəhrəmanlıq günü kimi həkk olunub və Azərbaycan Mühafizəkarlar Assosısiyası Azərbaycanın milli müstəqilliyi yolunda canını fəda etmiş şəhidlərin yolunu davam etdirəcək. Təşkilat komitəsinin ilk yığıncağında qərara alınıb ki, Azərbaycan Mühafizəkarlar Gənclər Assosasiyasının təsis toplantısı fevralın sonlarında keçirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA