Hafiz Hacıyev Norveçin Azərbaycandakı səfiri ilə görüzüb

img

01-02-2010 [04:35]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberglə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görpə, görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, qarşıdan gələn 2010-cu il parlament seçkiləri, ölkədə fəaliyyət göstərən diplomatik korpuslarla müxalifət partiyaları arasındakı əlaqələrin daha da genişləndirilməsi, həiçinin insan haqlarının qorunması və digər məsələlər müzakirə mövzusu olub. Səmimi söhbət zamanı hər iki tərəf razılığa gəliblər ki, əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu cür görüşlər intensivləşdirilsin. Sonda Hafiz Hacıyevi Jon Rambergə səmimi qəbul üçün təşəkkürünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA