Kikboksçu finalda bazından aldığı zərbədən öldü

img

01-02-2010 [02:59]


Türkiyənin Konya şəhərində keçirilən klublararası kikboksinq turnirinin finalında ölümlə nəticələnən hadisə baş verib. Lent.az-ın ?İnternethaber?ə istinadən verdiyi məlumata görə, başından aldığı zərbədən Gökhan Murat Üstelin beyninə qan sızıb. Yasin Göçlü ilə görüşün ikinci raundunda Üstel zərbədən yerə yıxılıb. Ayağa qalxa bilməyən idmançıya həkimlər tərəfindən dərhal tibbi müdaxilə edilib. Bu zaman təbrikləri qəbul edən Göçlü rəqibinin vəziyyətinin ciddiliyini anladıqda xeyli məyus olub. O, Üstelin başının üstündən ayrılmayıb. 24 yaşlı Gökhan Murat Üstel təcili Konya xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bunu öyrənən kikboksçunun yaxınları isə beyin sarsıntısı keçiriblər. Gökhanın anası deyib ki, oğlunu yarışa buraxmaq istəməyib: ?Çıxdığı iki döyüşü də qazandın. Üz-gözün yaradır, bu gün getmə? dedim, amma məni dinləmədi?. 2 saat həkim nəzarətində saxlanılan qadın yaxınlarının yardımı ilə evinə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA