Milli Məclisin yaz sessiyası bazlayıb

img

01-02-2010 [01:00]


Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Yaz sessiyasının ilk iclasını Milli Məclisin Sədri Oqtay Əsədov açıb. Spiker bildirib ki, sessiya dövründə Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatı dinləniləcək. O.Əsədov sessiya müddətində ?2010-cu ilin dövlət büdcəsi haqqında? Qanunun da parlamentin müzakirəsinə çıxarılacağını istisna etməyib. Daha sonra iclasda cari məsələlərin müzakirəsi başlayıb. Deputat Cəmil Həsənli bildirb ki, neft ölkəsi olan Azərbaycan Respublikasında ?Neft haqqında? Qanun qəbul edilməlidir. Millət vəkilinin sözlərinə görə, o, dəfələrlə bu barədə təkliflə çıxış etsə də, parlament məsələyə biganə yanaşıb. C.Həsənli Bakı şəhərində istifadəyə verilən yeni çoxmərtəbəli yaşayış binalarının problemlərinə də diqqət çəkib. O, bildirib ki, paytaxtda 146 yeni yaşayış binasının sakinlərinin qaz problemi var. Deputat bu problemin həllinin vacibliyini vurğulayıb. Mübariz Qurbanlı çıxış edərək bildirib ki, ?Azərbaycanın işğal olunmuş əraziləri haqqında? Qanun qəbul olunmalıdır. O,qeyd edib ki, bütün işğala məruz qalan dövlətlərin əksəriyyətində belə bir qanun var. ?Bu həm hüquqi, həm də təbliğat baxımından çox əhəmiyyətlidir. Bu qanunun həm özündə, həm də priambulasında Azərbaycanın indiyə qədər işğala məruz qalan bütün əraziləri göstərilməlidir?-deyə deputat bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA