Müdafiə naziri Səfər Əbiyev hesabat vermək üçün parlamentə çağırıldı

img

01-02-2010 [12:54]


Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Daşkəsəndəki hərbi hissədə baş verən qətliamla bağlı məsələ müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə çıxışında hökumətin mart ayında Milli Məclisdə verəcəyi hesabatında müdafiə naziri Səfər Əbiyevin də qatılmasını istəyib. Deputat buna səbəb kimi ordudakı neqativ halları, xüsusən Daşkəsəndə yerləşən hərbi hissədə baş verən faciəni göstərib. Müsavat deputat qrupunun üzvü İkram İsrafil də Daşkəsəndə yerləşən hərbi hissədə bir neçə gün əvvəl baş verən hadisəyə toxunaraq, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərovun rəhbərliyi ilə bir qrup deputatın həmin hərbi hissəyə səfər etməsini təklif edib. YAP-çı deputat Səyavuş Novruzov isə Daşkəsəndəki hadisəni xüsusi olaraq qabartmaq lazım deyil. Vitse-spiker Ziyafət Əsgərov məsələyə münasibət bildirərkən Daşkəsəndəki hadisənin ordu rəhbərliyini də narahat etdiyini vurğulayı və məsələylə bağlı ciddi tədbirlərin görüləcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA