"Cümhuriyyətçilər" yeni müxalifət bloku yaradırlar

img

31-01-2010 [08:21]


Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün blok yaradır. Bu barədə CXP sədri B.Quliyev özü məlumat verib. Bildirib ki, "Cümhuriyyətçilər" adlanacaq blokda CXP-yə yaxın şəxslər, nüfuzlar ictimaiyyət nümayəndələri təmsil olunacaqlar. Ənənəvi müxalifət partiyalarından heç biri bu bloka qoşulmayacaq: "Mənim özüm elə bir partiyayam. Başqasına nə hacıt. Elə bir blok yaradacağıq ki, digərləri bizim yanımızda çox kiçik görünəcək. Hesab edirəm ki, yaradacığımız blok qısa zamanda öz sözünü deyəcək". Parlament seçkilərinə neçə namizədlə qatılmağa gəlincə, Bədrəddin bəy "Bunu zaman, məkan, Azərbaycandakı mövcud olacaq şərait diqtə edəcək. Ümidimiz böyükdür. Hesab edirik ki, ümidsiz adam ölümə məhkumdur",- söyləyib. B.Quliyev bloklarının hədəflərini də müəyyənləşdirib: "Hədəfimiz ədalətli dövlət qurmaqdır. Çalışacağıq ki, ölkədə əminamanlıq, iqtisadi sahədə aşkarlıq olsun, monopoliyaya son qoyulsun, cəmiyyətdə haqq-ədalət bərpa olunsun. Bir də hər şeydən vacib olan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni edəcəyik. Qurultayda da elan edəcəyik ki, biz müharibə partiyasıyıq. Müharibə partiyası olaraq da, bütün məsələlərə qatılacağıq. Bütün tərəfdarlarımız çalaşcağıq ki, ölkədə vətənpərvərlik əhval-ruhiyyəsini artıraq. Müharibəni təbliğ etməkdən başlayaraq, müharibədə iştirak etməyə qədər bütün proseslərdə iştirak edəcəyik. Hətta bu məsələləri nizamnaməmizə də salacağıq. Qurultayın qətnaməsinə də salacağıq ki, bu xətti daha da gücləndirək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA