Yeni Azərbaycan Partiyasının idarə Heyətinin növbəti iclası keçirildi

img

29-01-2010 [05:23]


Yanvarın 29-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda Yeni Azərbaycan Partiyasının 2009-cu ildə fəaliyyəti, qazanılmış uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. İclasda gündəliyə uyğun olaraq, YAP İdarə Heyətinin 2009-ci ildə fəaliyyəti ilə bağlı hesabat, partiyanın ümumi tərkibi, o cümlədən gənclər birliyinin və qadınlar şurasının 1 yanvar 2010-cu ilə olan statistik hesabatı və 2009-ci il üçün maliyyə hesabatı dinlənilmiş və təsdiq edilib. Statistik məlumata görə, 2009-ci ildə partiyaya 29 777 nəfər üzv qəbul olunmuş və 2010-cu il yanvar ayının 1-nə YAP üzvlərinin ümumi sayı 498 462 nəfərə çatıb. Qeyd olunub ki, partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə daha da artmış və 2009-ci ildə YAP-a üzv qəbul olunanların 49,7 faizini gənc nəslin nümayəndələri təşkil edib. Bütövlükdə, partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil edib. YAP İdarə Heyətinin iclasında partiyanın maliyyə hesabatı müzakirə və təsdiq edilib. Hesabatda bildirilir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyasının üzvlük haqlarından cəmi mədaxili 2 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 374 176 manat olmuşdur ki, bunun da 1 426 587 manatını Yeni Azərbaycan Partiyasının İcra Katibliyində və şəhər və rayon təşkilatlarında çalışan əməkdaşların əmək haqqı fondu təşkil edib. 324 107 manat partiya tədbirlərinin maliyələşməsinə və ezamiyyə xərclərinə, 33 290 manat partiya vəsiqələrinin hazırlanmasına, 190 453 manat invertar və dəftərxana ləvazimatlarının alınmasına, 106 376 manat cari təmir və özəlləşdirmə xərclərinə, 172 089 manat kommunal xərclərə, bank və rabitə xidmətlərinə, 93 995 manat avtomobillərə texniki xidmətə, 12 428 manat həmkarlar ittifaqlarına ödənişə sərf edilib. Digər xərclər 14 851 manat olub. 541 329 manat partiyanın mərkəzi və yerli təşkilatlarının hesabında qalıb. İclasda həmçinin İdarə Heyətinin 2010-cu il üçün iş planı təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA