Vaqif Cavadov ?Tvente?də ilk məzqinə çıxdı

img

29-01-2010 [02:30]


Milli komandamızın üzvü Vaqif Cavadov artıq "Tvente"də ilk məşqinə çıxıb. Qol.Az-ın ?Qarabağ?ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu bu gün eyni zamanda komandasının baş məşqçisi Stiv Maklarenlə görüşüb. Görüşdə ?Tvente? klubunda işgüzar səfərdə olan ?Qarabağ?ın uşaq futbol koordinatoru Həmdi Sərpil Tüzün və Ağdam klubunun nümayəndəsi Anar Məmmədli də iştirak ediblər. Maklaren Vaqif Cavadova böyük ümidlər bəslədiyini və həftəsonu baş tutacaq növbəti turda Vaqifə şans vermək istədiyini gizlətməyib. Xatırladaq ki, sabah Vaqif Cavadovun ictimaiyyətə təqdimetmə mərasimi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA