Olimpiya çempionu Elnur Məmmədli Parisə gedir

img

28-01-2010 [02:50]


Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli yaxın günlərdə Fransanın paytaxtı Parisə yollanacaq. Bu haqda Lent.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ceyhun Kələntərov məlumat verib. Onun sözlərinə görə, Məmmədli fevralın 8-də start götürəcək yığma komandamızın təlim-məşq toplantısında iştirak edəcək. 5 gün davam edəcək hazırlıq prosesinə daha 7 cüdoçumuz ? Ramilə Yusubova (63 kq), Sərxan Əhmədov, Tərlan Kərimov (hər ikisi 66 kq), Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) qatılacaq. Həmin cüdoçular eyni zamanda, toplanış öncəsi Parisdə ?Böyük dəbilqə? turnirində qüvvələrini sınayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA