islamçı demokratlar müharibəyə ?yox? deyir

img

28-01-2010 [12:37]


Dağlıq Qarabağ sorunu həll edilmədikcə bəzi dairələr və şəxslər müharibə variantını tezləşdirməyi təkdif edir. Bəzi təşkilatlar, xüsusilə də Qarabağ Azadlıq Təşkilatı bu məsələdə əməlli-başlı israr edir. Son günlər həm adıçəkilən təşkilat, həm də ayrı-ayrı şəxslər, xüsusilə də keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı müharibə vapriantının tezliklə reallaşdırılmasını təklif edənlərlə razılaşmır: ?Biz, islamçı demokratlar müharibə variantını birmənalı şəkildə inkar etmirik. Hesab edirik ki, müəyyən bir məqamda bu varianta əl atıb torpaqlarımızı erməni işğalından azad eməliyik. Sadəcə olaraq indiki məqamda bu varianta əl atılmasının tərəfdarı deyilik?. Bunun səbəblərinə gəlincə, AİDP sədri bunları dedi: ?Bəli biz Ermənistandan daha güclü orduya malikik. Amma bir məqamı diqqətdən qaçırmaq olmaz. Bu da ondan ibarətdir ki, dünyanın güclü dövlətlərinin, ABŞ-ın, Avropanın, Rusiyanın Azərbaycanda siyasi və iqtisadi maraqları çox güclüdür. Biz etiraf eməsək də artıq onların təsir dairəsindəyik. Həmin qüvvələr müharibə variantına imkan verməyəcəklər. Özbaşına addım isə bizim üçün ciddi fəsadlara gətirib çıxara bilər. Bundan başqa Azərbaycanın indiki hakimiyyətinin da maraqları var. Biznes və s. Onlar da bu maraqların müharibə zamanı məhv olmasını istəmirlər?. T.Abbaslı ikinci səbəb kimi, Rusiyanın Gürcüstanla bağlı davaranışını göstərir. Onun fikrincə Rusiya üzdə Qarabağ məsələsinin həllinə dəstək verdiyini desə də Azərbaycan müharibəyə əl atsa buna qarşı çıxacaq: ?Ola bilsin ki, Gürcüstanda olduğu kimi, ölkəmizə qoşun yeritməyəcək, amma bundan da betər variantlara əl ata bilər?. Tarixə ekskurs edən AİDP sədrinə görə, əslində Qarabğ münaqişəsinin alovlanmasında yəhudi lobbisi ilə erməni lobbisi arasında yaranan münaqişə ciddi şəkildə rol oynayıb. Onun fikrincə, həmin qüvvələrin Azərbaycanla bağlı məqsəd və məramları Azərbaycanın müharibəyə cəlb olunması ilə nəticələndi. Ortaya Qarabağ problemi çıxdı: ? Məhz bu məqsədlə Bakıdan ermənilərin qovulması proseslərini də həmin qüvvələr idarə edirdilər. Erməni lobbisi torpaqlarımızı, yəhudi lobbisi isə sərvətlərimizi ələ keçirmək istəyirdi. Ona görə də ortaya Qarabağ problemi çıxdı. Nəticə göz qabağındadır. Azərbaycanın başı Qarabağa qarışıb, Qarabağ dərdi çəkməklə məşğuldur. Ermənilər de fakto öz istəklərinə çatıblar. Sərvətlərimiz isə bir ucdan daşınır. Həmin qüvvələr ölkəmizdə əyləncənin geniş vüsət almasını da istəyirdi. Ona da nail olub. Hər gün bir yələncə məkanı açılır. Dünyada gedən ciddi proseslərdən kənarda qalmışıq?. T.Abbaslı müharibə çağırışlarının əleyhinə çıxmasını başqa arqumentlərlə də əsaslandırır. Onun fikrincə müharibə çağırışı bizim xalqımızı üçün təbii görünsə də əslində dünyanın bəzi güclərinə, xüsusilə də yəhudi lobbisinə sərf edir: ?Ümümiyyətlə, yəhudilərin baş bilənləri Türkiyənin regionda nüfuzunun artmasının qarşısını almaq üçün, AKP hökumətinin başlatdığı ışlərin yarımçıq qalması üçün əllərindən gələni edirlər. Fikir verin, Türkiyə baş nazirinin Rusiya səfəri zamanı İsrail Türkiyə qarşıdurması gücləndi. Hesab edirəm ki, bu mənada indiki vaxtda Qarabağ müharibəsi başlayarsa bu Türkiyənin də ziyanına olar. Məncə İsrail də elə bunu istəyir. Görünür onlar paylarını heç kiminlə bölüşdürmək istəmirlər. Ehtiyatlı olmalıyıq ki, dünyanın onsuz da zəifləyən nizam tərəzisi bizim əlimizlə pozulmasın. Biz indiki məqamda BMT-nin Qarabağa dair çıxardığı 4 qətnaməsinin icrası üçün bütün vüsitələri hərəkətə gətirməliyik?. O ki qaldı cəmiyyətin müharibəyə hazır olub-olmamasına, AİDP sədri bildirdi ki, Qarabağ müharibəsində məğlubiyyətimizin əsas səbəbı olan özbaşnalıq, nizamsızlıq, fərarilik, təlimatsızlıq, rüşvətxorluq aradan qaldırılmasa qələbədən danışmağa dəyməz: ?Qoy, Uca Allah Təbarəkə təala xalqımızı qəflətdən ayiltsın! Xalqımızı bu ağır sınaqdan üzü ağ çıxartsın. Allah bütün İslam torpaqlarını, həmçinin Qarabağ və onun ətrafında işğal olunan toraqlarımızın dinc yolla qaytarılmasına yardımçı olsun. Bu yolda xalqımıza Allah səbr versin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA