Azərbaycan milli yığma komandası buzadırmanma üzrə 2010 Dünya kubokunda iztirak edib

img

27-01-2010 [03:42]


Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə buzadırmanma üzrə Azərbaycanın milli komandası tariximizdə ilk dəfə olaraq 2010 Dünya Kuboku yarışlarının birinci mərhələsində iştirak edib(Kirov şəhəri, Rusiya). Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından Müstəqil İnformasiyaAgentliyinə verilən məlumata görə, yarışların birinci mərhələsində 16 ölkəni (Hollandiya, İtaliya, ABŞ, Çexiya, Slobakiya, Belçika, Böyük Britaniya, Slovakiya, Avstriya, Yaponiya, İspaniya, Polşa, Azərbaycan və Ukrayna) təmsil edən 68 idmançı yarışıb. Dünya səviyyəli buzadırmananların da iştirak etdiyi 42 kişi və 26 qadın idmançıları arasında keçirilən yarışlarda sürət dırmanması üzrə kişi idmançılarımız 18-ci, qadın idmançımız isə 17-ci yeri tutublar. Yarışlar keçirilən dövrdə bu idman növü üzrə hakimlər üçün təşkil edilmiş seminarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nümayəndələri də iştirak edərək Beynəlxalq Alpinizm Federasiyasının (UIAA) beynəlxalq hakimlik sertifikatlarını alıblar. İlk dəfə belə yüksək səviyyəli yarışlarda iştirak edən yığma komandamızın üzvləri ən güclü idmançılarla birgə yarışaraq, yaxşı təcrübə qazanmışlar. Bu da, gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını yaxından öyrənməyə və bu idman növünün səviyyəsini yüksəltməyə şərait yaradacaqdır. Bu yarış buzadırmanma üzrə milli idmançıların hazırlanmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq yarışların keçirilməsi təcrübəsinin əldə edilməsi imkanını da yaratmışdır. Belə ki, yaxın zamanlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycanda ilk dəfə buzadırmanma üzrə beynəlxalq turnir təşkil etməyi planlaşdırır. Məlumat üçün bildirək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Beynəlxalq Aviasiya Federasiyasının (Fédération Aéronautique Internationale, FAI) aktiv üzvü seçilib. Dünyada mülki və idman aviasiyası üzrə standartları və ictimai münasibətləri müəyyən edən bu təşkilata üzv olmuş Hava və Ekstremal İdman Növləri Federasiyası həm də Azərbaycandan FAİ üzvü olan ilk və yeganə qurumdur. Beynəlxalq Aviasiya Federasiyasında birləşən 120-dən çox ölkənin nümayəndələrindən seçilmiş İdarə heyəti Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasını Aktiv Üzvlüyə qəbul edib. Artıq Azərbaycan FAİ Katibliyinin təsdiq etdiyi idman lisenziyaları ilə mötəbər yarışlarda iştirak edə biləcək. FAİ-nin Baş Katibi Max Bishopun imzası ilə daxil olan təbrik məktubunda Azərbaycanın bu təşkilata üzvlüyündən məmnunluq bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA