Mübariz Mənsimovun ?sağ əli? klubları ilə bağlı planları açıqladı

img

27-01-2010 [12:43]


İstanbulun ?Beşiktaş? klubunun prezidenti Yıldırım Dəmirörən seçkilərdə vəzifəsində qalmaq üçün mübarizəni davam etdirir. Bu işdə Dəmirörənə əsas dəstək verənlərdən biri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, ?Xəzər Lənkəran? klubunun sahibi Mübariz Mənsimovdur. Məlum olduğu kimi, Dəmirörən bu dəstəyin qarşılığında Mübariz Mənsimovu ?Beşiktaş?ın İdarə Heyətinə gətirəcəyini vəd edib. Lakin sonradan ?Beşiktaş?ın rəhbəri Mənsimovun AFFA prezidentliyinə namizəd olduğunu və bu səbəbdən ?Xəzər Lənkəran?ın fəxri sahibinin həmin təklifdən imtina etdiyini söyləyib. Bu halda ?Beşiktaş?ın İdarə Heyətindəki yer Mənsimovun ?sağ əli? hesab edilən Alaattin Aykaça vəd edilib. Qol.Az-ın məlumatına görə, ?Fanatik? qəzetinə verdiyi müsahibədə Aykaç Yıldırım Dəmirörənin ?Beşiktaş?ın ayaqda qalması üçün əlindən gələni etdiyini söyləyib: ?Bu dəstək sayəsində ?Beşiktaş?ın canı faiz borclarından qurtuldu. ?Beşiktaş?ın hazırkı borcları bizi narahat etmir. ?Beşiktaş? bütün sıxıntıları aşmaq gücündədir?. ?Beşiktaş?ın borcunu ödəyəcəklərini deyən A.Aykaç hazırkı baş məşqçi Mustafa Dənizlinin komandada qalmasına tərəfdər olduqlarını söyləyib. O, həmçinin ?Beşiktaş?ın ?İnönü? stadionunun yeniləmək niyyətində olduqlarını da vurğulayıb: ?Bu gün bütün Avropada böyük klubların ən önəmli gəliri stadionlardır. Sabit gəlir olmayan və azarkeş dəstəyi almayan klubların yaşamaları çox çətindir. ?İnönü? stadionunun yenilənməsi layihəsinə böyük diqqət ayıracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA