Azərbaycan yığması Avropa çempionatının yarımfinalında

img

26-01-2010 [11:26]


Futzal üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, yığmamız ¼ finalda Ukraynanı üstələyib. Əsas vaxt 3:3 hesablı heç-heçə ilə nəticələnib. Komandamızın qollarını Rizvan Fərzəliyev, Tyaqu və Maşado vurub. Qaydalara əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman Ukrayna yığmasının 4 penalti zərbəsindən 2-sini millimizin qapıçısı Andrey Tveryankin dəf edib. Millimizin yerinə yetirdiyi 4 zərbənin hamısı dəqiq olub. Bu halda komandaların 5-ci penaltini vurmalarına ehtiyac olmayıb. Nəticədə yığmamız penaltilər seriyasında 4:2 hesablı qələbə qazanaraq, tarixi ərzində daha bir ?ilk?i reallaşdırıb. Oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Joze Alesio da Silva finaladək irəliləmək şanslarının olduğunu bildirib: ?Bütün azarkeşlərimizə və komandamızın hər bir üzvünə minnətdarlığımı bildirirəm. Oyuna gəlincə, rəqibin tez-tez əvəzetməyə əl atması onların oyununa müsbət təsir göstərirdi. Bizim isə belə bir imkanımız yox idi. Yarımfinala daha ciddi hazırlaşmalıyıq. Finala çıxmaq şansımız var. Hələ Avropa çempionatı ərəfəsində futzalçılarımıza demişdim ki, burada son oyun gününə qədər qalmağı bacarmalıyıq. Yeri gəlmişkən, bugünkü qələbəmizdə Rizvan Fərzəliyevin müstəsna rolu oldu?. Ukrayna yığmasının baş məşqçisi Gennadi Lısençuk isə güclü komandaya uduzduqlarını söyləyib: ?Məğlub olanda oyun barədə danışmaq çətindir. Güclü komandaya uduzduq. Real imkanlardan yararlana bilmədik. Tarixində ilk dəfə yarımfinala yüksəlməsi münasibətilə Azərbaycan millisini təbrik edirəm. Bizim futzalçılara gəlincə, indi paltardəyişmə otağında ağlayırlar?. Qeyd edək ki, Azərbaycan yığması yanvarın 28-də baş tutacaq yarımfinal mərhələsində bu gün Portuqaliya və Serbiya milliləri arasında keçiriləcək daha bir ¼ final matçının qalibi ilə qarşılaşacaq. Digər yarımfinalçı Çexiya isə İspaniya ? Rusiya cütünün qalibinə rəqib olacaq. Avropa çempionatına yanvarın 30-da yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA