Hakan Şükür planetin ən yaxzı bombardirləri sırasında

img

25-01-2010 [12:32]


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası bütün dövrlərin ən yaxşı bombardirlərinin siyasını açıqlayıb. Pele karyerası ərzində keçirdiyi 560 rəsmi oyunda 541 qol vuraraq bütün dövlərin ən yaxşı qaleodoru adına layiq görülüb. 2-ci yerdə 341 matçda 518 qolla çexoslavakiyalı Yozef Bikan, 3-cü pillədə isə macarıstanlı Ferents Puşkaş qərarlaşıb. O, 533 oyunda 511 dəfə rəqib qapıçılarını məyus edib. Siyahıya türkiyəli Hakan Şükür də daxil edilib. O, 534 qarşılaşmada 268 top vuraraq 83-cü pilləni tutur. ?Trabzonspor?un əfsanəvi hücumçusu Hami Mandiralı 215, digər türk Aykut Kocaman isə 310-cu pillədə yer alıblar. Beynəlxalq Futbol Qurumunun siyahısında Alan Şirer, Tyeri Anri, Raul Qonasales, Yurgen Klinssman, Hristo Stoiçkov, van Nistelroy, Oleq Bloxin, Andrey Şevçenko, Davor Şuker və Cəfər İrismetov kimi məşhur futbolçular qərarlaşıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA