Futbol ulduzu Devid Bekhem qadın təcavüzünə məruz qalıb

img

22-01-2010 [03:31]


İtaliyanın ?Milan? klubunda oynayan futbol ulduzu Devid Bekhem xoşagəlməz olayla qarşılaşıb. Lent.az-ın Türkiyənin ?NTV? telekanalına istinadən verdiyi məlumata görə, 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatında İngiltərə yığmasının tərkibində çıxış etməyi arzulayan Devid Bekhem dünən Milan şəhərində avtomobilindən düşərkən ona yaxınlaşan jurnalistlərin bu yöndə suallarını cavablandırmağa başlayıb. Jurnalistlərin suallarını cavablandırdığı vaxt qəfil bir İtaliya telekanalında efirə çıxan ?Sırtlanlar/Le Iene? adlı proqramın qadın aparıcısı Elena Di Coccio futbolçunun intim hissəsinə əl atıb. Özünü itirən Devid Bekhem sualları cavab verməyi dayandıraraq mühafizəçilərinin müşayiəti ilə sürətlə yaxınlıqdakı avtomobilinə doğru irəliləyib. Elena Di Coccio isə futbolçudan əl çəkməyib və arxasınca maşına qədər yüyürərək əl edib. Telekanal rəhbərliyi sonradan bu olayın əvvəlcədən düşünülmüş bir zarafat olduğunu açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA