Azərıqızı Günelin atası ilə Rza Zərrab Ebru Gündez məsələsi üzündən dalazdılar

img

18-01-2010 [12:34]


Dünən Türkiyədə yaşayan Azərbaycan əsilli iş Adamı Rza Zərrabla Azəriqızı Günelin atası Rəhman Zeynalov bir araya gəliblər. Üzləşmə əsnasında tərəflər arasında dava düşüb. Müstəqil İnformasiya Agentliyi Türkiyənin posta qəzetinə istinadən xəbər verir ki, Ebru Gündeşin sevgilisi Rza Zərrab Günelin atası Rəhman Zeynalova qızının hərəkətlərindən narahat olduğunu bildirib: "Qızınız Günel mənim ona döndüyümü iddia edir. Bu yalandır". dedi. Rəhman Zeynalov isə Ebru Gündeşi günahlandırıb. Tərəflər arasında münaqişə yaranıb və dialoq bu cür olub. Rza Zərrab: Ebru Gündeş dəli kimi aşiq olduğum, uğruna canımı verəcəyim qadındır. Ömür boyu birlikdə olma qərarı aldıq. Günel ilə də 8 il keçirdik. Ona etdiyim albomun xərci; 350 min dollar. Amma Ebru Gündeşə iddia edildiyi kimi pul xərcləmirəm. Bu yalanları Günel ortaya atır. Bu yaxınlarda Günelin evindən çıxdığımı göstərən bir fotoşəkil nəşr olundu. Ora mənim studiyamdır. Rəhman Zeynalov: Bəli, Rza bəy ilə qızım Günel 1 ildir görüşmür. Rza Zərrab: Onsuz da mən illərdir Ebru Gündeşə platonik aşiqdim. Bunu Günel də bilirdi. Rəhman Zeynalov: Sən mənim qızımın ürəyini qırdın. Qızımın nə olduğunu, Ebru Gündeşin də hansı yuvanın quşu olduğunu hər kəs bilir. Rza Zarrab: Mənə bax! Sən deyil, sənin kimi bir milyon dənəsi bir araya gəlsə, Ebru Gündeşə tək söz söyləyə bilməz. Ebru Gündeş üçün ağızından tək söz çıxarsa, pis olar bu işin sonu. Qızınızla əlaqəm bitmiş olmasına baxmayaraq, sizə hələ də pul verirəm. Amma sənin qızın əsla şöhrət ola bilməyəcək. Günel ilə ayrılmamızın səbəbini xatırlarsansa, Günel məni Ramın adlı uşaqla dəfələrlə aldatdı. Rəhman Zeynalov: Ramın onun səndən əvvəlki sevgilisi idi. Həm sən də mənim qızımı məşhur qadınlarla aldatdın. Rza Zarrab: İnkar etmirəm, eşqbazdım etdim. Amma artıq bitdi. Uşaqlarımın anası Əbru Gündeş olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA