Azərbaycan Premyer Liqası dünya reytinqində irəlilədi

img

05-01-2010 [02:42]


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu il üçün ölkə çempionatlarının reytinq siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, planetin ən güclü 100 çempionatı arasında Unibank Premyer Liqası da var. Çempionatımız 97-ci pillədə qərarlaşıb. Bir il əvvəl isə çempionatımız ilk yüzlükdən kənarda qalmışdı. ?Qarabağ? və ?Bakı?nın qitə kuboklarındakı uğurlu çıxışı sayəsində çempionatımız yüzlüyə daxil olub. Reytinqi 209 xala bərabər olan çempionatımız ilk ?yüzlük?də Nikaraqua, Oman, Bosniya və Herseqovinanı qabaqlayıb. Dünyanın ən güclü çempionatı İngiltərə birinciliyidir. İspaniya premyerosu ikinci, Almaniya bundesliqası isə üçüncü pillədə qərarlaşıb. Hesabında 691 xal olan Türkiyə çempionatı gücünə görə planetdə 10-cu pilləni tutur. Keçmiş SSRİ ölkələrindən Ukrayna 9-cu (746), Rusiya 20-ci (525), Özbəkistan 33-cü (403), Estoniya 39-cu (370), Gürcüstan 40-cı (364), Moldova 44-cü (345), Belarus 49-cu (336), Latviya 51-ci (328), Litva 69-cu (283), Ermənistan 75-ci (264) yerdə qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA