AFFA yığmamızı Avropa çempionatına buraxmadı

img

26-12-2009 [07:08]


AFFA rəhbərliyi 19 yaşadək qızlardan ibarət yığma komandamızın heyətində doğum tarixi yanlış göstərilən futbolçular aşkarlayıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin ?lipa?lar yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına qatılıblar. Yığmamız hətta Avropa çempionatının elit-raunduna vəsiqə də qazanıb. Lakin AFFA rəsmiləri komandamızın elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırması davam edir. Bu səbəbdən, hələlik futbolçuların adları açıqlanmır. Araşdırmaların yekununa əsasən, müvafiq qərar qəbul olunacaq. Qeyd edək ki, Azərbaycan futbolunda ?lipalaşdırma? hallarının tüğyan etməsinə dair kifayət qədər məlumatlar var. AFFA tərəfindən buna qarşı ciddi mübarizə aparılır və belə hallar təsdiqləndikdə, müvafiq qərarlar qəbul olunur, sanksiyalar tətbiq edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA