MTN-in alpinistləri ?ilham zirvəsi?nə yürüz ediblər

img

25-12-2009 [05:10]


Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı bu ilin 21-24 dekabr tarixlərində dövlət başçısı İlham Əliyevin doğum günü münasibətilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən və hündürlüyü 4042 metr olan ?İlham Zirvəsi?nə alpinist yürüşü edib. MTN ictimai əlaqələr mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, MTN-nin alpinist qrupu dekabrın 24-də saat 13:00-da dövlət başçısının adını daşıyan zirvəyə çatıb. Qrup ?İlham Zirvəsi?nə Azərbaycanın dövlət bayrağını sancıb. Yürüşdə nazirliyin əməkdaşları ilə yanaşı, Dağ İdman Klubunun alpinistləri də iştirak ediblər. Tədbirdə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli maraqlar naminə yürütdüyü müdrik daxili və xarici siyasət xəttinə, Azərbaycanı zirvələrə və zəfərlərə aparan müstəqillik və dövlətçilik kursuna sadiqlik və dəstək nümayiş etdirməkdir. Belə tədbirlər eyni zamanda ölkədə idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Aksiya Dövlət Sərhəd Xidməti, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dağ İdman Klubunun dəstəyi ilə həyata keçirilib. Yürüş ekstremal hava şəraitində baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA