Oqtay Əsədov Eynulla Fətullayevin azadlığa buraxılması üçün heç kimə müraciət etməyəcəyini deyir

img

25-12-2009 [02:22]


?Jurnalistlərin, bloqçuların həbsi beynəlxalq problemə çevrilib və Azərbaycanın imicinə ciddi zərbə vurur. Sizdən xahiş edirəm ki, Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov, Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması üçün öz nüfuzunuzdan istifadə edəsiniz, prezidentə müraciət ünvanlayasınız ki, onlar azadlığa buraxılsın?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Cəmil Həzənli deyib. Spiker Oqtay Əsədov isə deyib ki, hamı haqqında müraciət edə bilər yalnız Eynulla Fətullayevdən başqa: "Son aylar erməni saytları yazır ki, Xocalı soyqırımını azərbaycanlılar özləri törədiblər ki, Ayaz Mütəllibovu hakimiyyətdən devirsinlər. Bunu Eynulla Fətullayevin yazısına əsaslanıb deyirlər. Azərbaycan haqqında, Xocalı barəsində belə bir yazı yazan şəxslə bağlı müraciət edə bilmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA