Arif Hacılı: ?Bələdiyyə seçkiləri ciddi qanun pozuntuları və saxtakarlıqla keçirilib?

img

24-12-2009 [02:01]


?23 dekabr 2009-ci il bələdiyyə sekçilərində xeyli qanun pozuntuları aşkarlanıb. Heç bir partiyaya pulsuz efir vaxtı verilmədi. Əslində, bunun özü ictimaiyyəti seçkilərdən xəbəsiz etməkdir. Bələdiyyə seçkilərinin taleyi təşviqat kampaniyası başlamamış həll edilib. Belə ki, YAP-dan 15 mindən çox namizədi qeydə alındığı halda, Müsavat Partiyası tərəfindən partiya siyahıları ilə irəli sürülən bir neçə min namizədin yalnız 154 namizəd MSK tərəfindən, 471 nəfər isə partiya mənsubiyyətini göstərilmədən dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bu seçkilər rəqabət şəraitinin olmaması ilə müşahidə edilən bir seçki oldu. Hətta bu dəfəki seçki 1999, 2004-cu illərdə keçirilən bələdiyyə seçkilərindən də biabırçı oldu?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Müsvavat Mərkəzi İcra Aaparatının rəhbəri Arif Hacılı bu gün 23 dekabr 2009-ci il bələdiyyə sekçiləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq seçkilərlə bağlı ilkin rəyin nəticəsi də elan edilib: ?23 dekabr 2009-ci il tarixli bələdiyyə sekçiləri ölkədə xalqın iradəsini əks etdirən real yerli özünüidarəetmə sisteminin yaradılmasına imkan verən standartlara uyğun keçirilməyib. Seçkilər ərəfəsində demokratik qüvvələr tərəfindən təklif edilən və bir sıra beyənlxalq qurumlar tərəfindən tövsiyə olunan bələdiyyələrin statusunun artırılması, Bakıda və digər iri şəhərlərdə bələdiyyələrin yaradılması, bələdiyyə başqanının seçicilər tərəfindən birbaşa seçilməsi, seçki komissiyalarının formalaşdırması qaydasının dəyişdirilməsi və digər islahatlar hakimiyyət tərəfindən nəzərə alınmayıb. Demək olar ki, 2007-ci ildən ləğv edilmiş azad toplaşmaq hüquq bərpa edilməyib. Polis orqanlarının müxalifət nümayəndələrinə qarşı təzyiq və təqibləri, iqtidarın nəzarəti altında olan seçki komissiyalarının yol verdiyi qanun pozuntuları və saxtakarlıqlar, alternativ fikrin TV-də səslənməsinin qarşısının alınması, siyasi partiyalara təşviqat kampaniyasının təşkili üçün maliyyə vəsaitinin ayrılmaması bir daha sübut edir ki, bələdiyyə seçkiləri ciddi qanun pozuntuları və saxtakarlıqla keçirilib?. A.Hacılı onu da bildirib ki, MSK-ya edilən şikayətlərə baxılmasa Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəklər: ?Bu seçkilər göstərdi ki, ölkədə demokratioya olmadan heç bir uğura imza atmaq olmaz. Müsavat Partiyası olaraq əlimizdən gələni edəcəyik ki, ölkədə bu vəziyyəti dəyişdirək. Koalisiyanın qurulması da istisna deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA