ümid Partiyasının nümayəndələrinin azkarladığı qanun pozuntuları(YENiLƏNiB)

img

23-12-2009 [03:13]


Ümid Partiyası Seçki Qərargahı seçki prosesi zamanı yaranan problemlərdən və qanun pozuntuları ilə bağlı məlumat yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Ümid Partiyasının müşahidəçilərinin hazırladıqları məlumatlar aşağıdakı kimi müəyyənləşib. 1.Saat 09:50 ? 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı məntəqəsində seçki bülletenleri seçki məntəqəsində deyil məntəqə sədrinin iş otağında saxlanılıb. Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin etirazından sonra bülletenlər seçki keçirilən otağa gətirilib. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 2. Saat 10:05 ? 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı məntəqəsində Naxçıvan MR Şərur rayonu Danyeri kənd sakini Məhərrəmov Bəhruz qeyri-qanuni şəkildə qeydiyyatda olmadığı ərazidən səs vermək üçün dairə sədrinə yaxınlaşmış, sədr ona bülleten verdiyi zaman Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin müdaxiləsi ilə həmin şəxsin səs verməsinin qarşısı alnıb. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 3. Saat 11:02 ? 29 saylı Səbail seçki dairəsinin 14 saylı məntəqəsində bir topa bülleten məntəqə sədri tərəfindən qutuya atılıb. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 4. Saat 11:09 ? 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsinin 50-58 saylı məntəqələrində hərbçilərə hərbi biletlə səs verməyə icazə verilməyib. 5. Saat 10:05 ? 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 6 saylı məntəqəsində seçki bülletenleri seçki məntəqəsində deyil məntəqə sədrinin iş otağında saxlanılıb. Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin etirazından sonra bülletenlər seçki keçirilən otağa gətirilib. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 6. Saat 11:11 ? 81 saylı Beyləqan seçki dairəsinin 13 saylı məntəqəsində Ümid Partiyasının Örənqala bələdiyyəsindən namizədi Şirinova Telli məntəqə sədri tərəfindən təhqir edilib, ərazidə olan Örənqala Kənd icra nümayəndəsi tərəfindən fiziki təzyiqlərə məruz qalıb, döyülüb. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 7. Saat 11:25 ? 24 saylı Nizami birinci seçki dairəsinin 18 saylı məntəqəsində eyni şəxslərin bir neçə dəfə səs verməsi halı müşahidə olunub. 8. Saat 11:38 ? 109 saylı Balakən seçki dairəsinin 16 saylı məntəqəsində YAP namizədləri məntəqə önündə seçkiyə gələn şəxslərlə təbliğat işi aparırlar. 9. Saat 11:50 ? 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci seçki dairələrinin bütün məntəqələri üzrə seçici aktivliyi aşağı olduğu halda MSK-ya yüksək rəqəmlər təqdim olunub. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 10. Saat 11:54 ? 41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci və 43 saylı Sumqayıt üçüncü seçki dairələrinin bütün məntəqələrinə bir sıra şəxslərin seçkidə qalibiyyətinin təşkil edlməsi haqqında tapşırıq və siyahı verilib. 11. Saat 11:55 ? 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 10 saylı məntəqəsində seçki bülletenleri seçki məntəqəsində deyil məntəqə sədrinin iş otağında saxlanılıb. Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin etirazından sonra bülletenlər seçki keçirilən otağa gətirilib. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 12. Saat 12:21 ? 29 saylı Səbail seçki dairəsinin 14 saylı məntəqəsində yenidən bir topa bülleten məntəqə üzvləri tərəfindən qutuya atılıb. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 13. Saat 12:54 ? 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələrinin bütün məntəqələrinə bir sıra şəxslərin seçkidə qalibiyyətinin təşkil edlməsi haqqında tapşırıq və siyahı verilib. 14. Saat 13:38 ? 53 saylı Quba-Qusar seçki dairəsinin 11 saylı məntəqəsində bir topa bülleten məntəqə üzvləri tərəfindən qutuya atılıb. Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. [b] SAAT 17:00[/b] 1. Saat 14:00 - 63 saylı Sabirabad birinci seçki dairəsinin 28 saylı məntəqəsi bağlandı. Təxminən 1 saat sonra məntəqədə iş davam etdi. 2. Saat 14:10 ? 63 saylı Sabirabad birinci seçki dairəsinin 10 saylı məntəqəsində seçkiyə gələn seçicilər arasında məntəqə daxilində YAP namizədlərinin xeyrinə açıq təbliğat aparılır. 3. Saat 14:22 ? 63 saylı Sabirabad birinci seçki dairəsinin 27 saylı məntəqəsində sədr İsmayılov Hidayət YAP namizədlərinin adı yazılmış kiçik vərəqələri seçicilərə verir və seçicilərdən onlara səs veriməyi tələb edir. Həmən məntəqədə toplu bülletenlərin atılması faktları var. Ümid Partiyası yerli nümayəndələri yuxarıda qeyd olunan qanun pozuntularını aktlaşdırmaq istədikləri zaman onlara akt forması verilməmiş. Onlar da ağ vərəqə üzərində akt yazmağa məcbur olublar. 4. Saat 14:30 ? 50 saylı Quba-Qusar seçki dairəsinin 8 saylı məntəqəsində Ümid partiyasının namizədi Məmmədov Ənvər Mustafa oğlu İsmayılov Cabir adlı digər namizəd tərəfindən döyülüb. Faktlarla bağlı Ümid nümayəndələri akt tərtib ediblər. 5. Saat 15:00 ? 63 saylı Sabirabad birinci seçki dairəsinin 10 saylı məntəqəsinə 197, 25 saylı məntəqəsinə 211 və 27 saylı məntəqəsinə cəmi 97 seçici gəlməsinə baxmayaraq MSK-ya göndərilən məlumatlarda bundan daha yüksək rəqəmlər göstərilib. 6. Saat 15:02 ? 5 saylı Şahbuz-Babək seçki dairəsinin bütün məntəqələrində seçki qutularına toplu bülletenlər atılır. Faktlarla bağlı Ümid nümayəndələri aktlar tərtib ediblər. 7. Saat 15:23 ? 96 saylı Goranboy-Naftalan seçki dairəsinin 41 saylı məntəqəsində Naftalan Rayon İcra başçısı Musa Musayev məntəqəyə daxil olaraq Ümid Partiyasının namizədi Həsənov Əmir Dəmir oğlunun maraqlarını müdafiə edən müşahidəçisini məntəqədən uzaqlaşdırmaq əmri verib. Müşahidəçi məntəqədən uzaqlaşdırıldığı zaman Ümid namizədi bu fakta etiraz edib. Faktla bağlı Ümid nümayəndələri tərəfindən akt tərtib olunub. 8. Saat 15:34 ? 108 saylı Ağstafa seçki dairəsinin 21 saylı məntəqəsində toplu bülletenlərin atılması faktları var. Ümid Partiyası yerli nümayəndələri yuxarıda qeyd olunan qanun pozuntularını aktlaşdırmaq istədikləri zaman onlara akt forması verilməmiş və hətta onlar ağ vərəqə üzərində yazmaq istədiklərinə təzyiqlə üzləşmişlər. 9. Saat 15:59 ? Sabirabad Rayon İcra Başçısı sədrinin birinci müavini Vəfadar Bağırovun tapşırığı ilə rayon ərazisində hər bir bələdiyyə üzrə məmurlardan ibarət kuratorlar təyin edilib və həmən məmurlar yerlərdə məntəqə komissiya sədrlərinə təzyiqlər edirlər. 10. Saat 16:00 - 29 saylı Səbail seçki dairəsinin 30 saylı məntəqəsində seçki qutusuna toplu bülletenlər atılmışdır. Faktla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 11. Saat 16:12 ? 19 saylı Nərimanov birinci seçki dairəsinin 5 və 6 saylı məntəqələrində iki nəfər polis əməkdaşı hadisələrə məntəqə daxilində nəzarət edir. Faktla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 12. Saat 16:34 ? 63 saylı Sabirabad birinci seçki dairəsinin 27 saylı məntəqəsində təlimatlandırılmış 4 nəfər şəxs səsvermə kabinlərinə seçicilərlə birlikdə daxil olur və onlara təzyiq edirlər. Faktla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər. 13. Saat 16:44 - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 9 saylı məntəqəsində toplu bülletenlərin atılması faktları var. Qərargaha daxil olan yeni məlumatlar - 3 saylı bülleten saat 20:00-da KİV nümayəndələrinə çatdırılacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA