ADP-dən olan namizədlər seçkinin saxtalazdırıldığını bildirirlər

img

23-12-2009 [02:54]


gn=left]2010/adp_454750537.jpg[/libt] Azərbaycan Demokrat Partiyası (ADP) da bələdiyyə seçkilərində baş verən qanunsuzluqlarla bağlı narazılığını bildirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən məlumat daxil olub. ADP-dən olan müstəqil müşahidəçi Hüseyn Kamal Nizami oğlunun verdiyi məlumata görə səhər saat 10 radələrində onun müşahidə apardığı 09 saylı Binəqədi ikinji seçki dairəsinin 31 saylı məntəqəsində kobud qanun pozuntuları qeydə alınıb. Belə ki, 20 nəfərə yaxın şəxs birdən məntəqəyə daxil olmuş onların barmaqları yoxlanılmadan səsvermişlər. Daxil olan şəxslərin əksəriyyətinin əlində hazır bir neçə səsvermə bülleteni olmuşdur. Buna etiraz edən ADP üzvü Hüseyn Kamal bu qrupa başçılın edən naməlum şəxsin təhqir və təzyiqlərinə məruz qalıb. 26 saylı Sabunçu birinji seçki dairəsinin 19 və 20 saylı məntəqələrində seçijilərin görünməməsinə baxmayaraq seçki qutuları artıq dolmuşdur. 14 saylı Əzizbəyov ikinji seçki dairəsinin 13 saylı məntəqəsində seçijilər səsvermə kabinəsinə iki-iki daxil olur, bir nəfərin eyi məktəbdə yerləşən iki seçki məntəqəsinin hər birində səs verməsi qeydə alınıb. Həmin məntəqənin daxilində YAP-ın emblemi asılıb. 17 saylı Yasamal üçünjü seçki dairəsinin 23 saylı məntəqəsinin sədri Rübabə xanım (o, həm də məntəqənin yerləşdiyi 173 saylı orta məktəbin direktorudur) ADP-çi namizəd Nazilə Soltanovanın məntəqədə müşahidə aparmasına manne olub və onu oradan zorakılıqla uzaqlaşdırıb. N.Soltanovanın verdiyi məlumata görə həmin məntəqədə eyni adamlar bir neçə dəfə səsvermədə iştirak edib və seçki qutusuna topa bülletenlər atıblar. Qeyd edək ki, bu məntəqənin sədri Yasamal bələdiyyəsinin hazırkı sədri və bu seçkilərdə də namizəd olan şəxsin həyat yoldaşıdır. 59 saylı Salyan seçki dairəsindən daxil olan məlumatda bildirilir ki, əksər seçki məntəqələrində karusel əməliyyatı həyata keçirilir və seçijilərə kimlərə səs vermələri ilə bağlı hazır siyahılar paylanılır. ADP-dən olan müstəqil müşahidəçi İsmayılov İlqar Mənsim oğlunun verdiyi məlumata görə onun müşahidə apardığı 36 saylı Xətai dördünjü seçki dairəsinin 18, 19 və 31 saylı seçki məntəqələrində səsvermədə karusel əməliyyatından istifadə edilib. Həmin məntəqədə bir nəfər seçki qutusuna topa bülleten atıb. Bu hallar 13 və 14 saylı seçki məntəqələrində də müşahidə olunub. İsmayılov İlqarın verdiyi məlumata görə 35 saylı Xətai üçünjü seçki dairəsinin 48 saylı orta məktəbdə yerləşən 11 və 12 saylı seçki məntəqələrində bir neçə şəxsin seçki qutusuna topa bülleten atması baş verib. Həmin məntəqədə komissiya üzvləri də seçki qutularına topa bülletenlər atıb. İlqar İsmayılovun verdiyi məlumata görə 33 saylı Xəta birinji seçki dairəsinin 95 saylı orta məktəbdə yerləşən 14 və 15 saylı məntəqələrində və 138 saylı orta məktəbdə yerləşən 16, 17 və 18 saylı məntəqələrində karusel əməliyyatından istifadə edilib. Buna etiraz edən ADP-çi müşahidəçi İlqar İsmayılov təhqirlərə məruz qalaraq məntəqədən uzaqlaşdırılıb. 59 saylı Salyan seçki dairəsinin 8 saylı seçki məntəqəsində YAP-dan olan müşahidəçi Sahib İsmayılovun (məntəqənin yerləşdiyi 1 saylı orta məktəbin müəllimi) əlində seçilməli olan adamların siyahısı yazılmış 100-dək vərəq aşkar edilib. Sahib ismayılov bu vərəqləri seçijilərə verərkən ADP-çi namizəd Mahir Hüseynov ona irad bildirdiyinə görə YAP-çı müşahidəçi onu təhqir etmiş və səs-küy qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA