Bələdiyyə seçkiləri ilə bağlı ?exit-poll?un ilk nəticələri açıqlanıb

img

23-12-2009 [01:55]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində birgə keçirdiyi ?exit-poll?un saat 11:00-a olan nəticələrini elan edib. ?ELS? Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seçici fəallığı Nərimanov bələdiyyəsində 6,81%, Nəsimi bələdiyyəsində - 6,12%, Səbail bələdiyyəsində 4,82%, Xətai bələdiyyəsi - 5, 93%, Gəncə-Nizami bələdiyyəsi 4, 91%, Xırdalan bələdiyyəsi - 3,78%, Şirvan bələdiyyəsi - 7,71% və Xaçmaz bələdiyyəsində - 4,78% olub. AVCİYA-dan isə bildirilib ki, 49 dairə üzrə seçici fəallığı ilə bağlı keçirdiyi monitorinqin saat 11:00 olan nəticələrinə görə, ən aşağı seçici fəallığı 31 saylı Suraxanı II Seçki Dairəsində (6,1 faiz) ən yüksək seçici fəallığı isə 19 saylı Nərimanov I Seçki Dairəsində (14,01) qeydə alınıb. Qeyd edək ki, AVCİYA və ?Els? Müstəqil Araşdırmalar Mərkəzi birgə seçki tədqiqatları 49 dairədə 1600 məntəqəni əhatə etməklə həyata keçirilir. ?Exit-poll? tədqiqatı isə 8 bələdiyyə ərazisini əhatə edən 17 dairənin 222 məntəqəsini əhatə edir. ?Exit-poll? keçirilən bələdiyyələr sırasına Bakı ilə yanaşı, Gəncə, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərən yerli orqanlar daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA