Milli Məclisin payız sessiyası dekabrın 29-da baza çatacaq

img

22-12-2009 [05:11]


Milli Məclisin payız sessiyası yekunlaşmaq üzrədir. Sessiyanın son iclasları dekabrın 25-də və 29-da keçiriləcək. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, hər iki iclas?Bank olmayan kredit təşkilatları haqqında?, ?Pambıqçılıq haqqında?, ?Sülhməramlı əməliyyatlarda iştirak haqqında?, ?İnsanın immun çatışmazlığı və HİV virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında? qanun layihələrinə, o cümlədən İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə olunacaq. Milli Məclisin payız sessiyasını başa vuran deputatlar tətilə çıxacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA