Azərbaycan yığmasının futbolçusu ?Qızıl top?u hədəfləyib

img

21-12-2009 [04:51]


?Azərbaycan milli komandasının ən yaxşı futbolçusu seçilmək mənim üçün böyük şərəfdir. Bu, 2006-cı ildə Azərbaycanda oynamağa başladıqdan sonra ilk titulumdur. Məncə, ölkənin ən yaxşı futbolçusu seçilmək hər bir oyunçu üçün önəmli məsələdir?. Lent.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının və ?Qarabağ? klubunun futbolçusu Vaqif Cavadov deyib. 20 yaşlı hücumçu gələcəkdə Avropanın ən yaxşı futbolçusu seçilmək niyyətini açıqlayıb: ?Kim mənə səs veribsə, çox sağ olsun. Oyunumu qiymətləndirdikləri üçün hamıya təşəkkür edirəm. İnşallah, gələcəkdə də nailiyyətlərimi yüksəldərək, Avropanın ən yaxşısı seçilmək niyyətindəyəm. Buna çalışacağam?. Cavadov digər hədəfinin legioner həyatı yaşamaqdan ibarət olduğunu da əlavə edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir: ?Azərbaycanı tərk edəcəyim barədə demək olar ki, hər gün danışılır. Məqsəd var ki, Azərbaycandan kənarda oynayım, legioner həyatı yaşayım. Bunun üçün öz üzərimdə çalışıram. İnanıram ki, belə bir dönəm olacaq. Hazırda məni istəyən klubla ?Qarabağ? arasında danışıqlar gedir. Ola bilsin, yaxın vaxtlarda, yəni qış transfer dövründə həmin kluba transferim reallaşdı. Yaxud yayda da mümkündür. İnşallah, yaxşı olacaq?. Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusuna ?France Football? jurnalı tərəfindən ?Qızıl top? mükafatı verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA