Unibank Premyer Liqasında qalmaqal

img

20-12-2009 [03:03]


[b]Hakim "İnter" və "Turan"ın baş məşqçilərini qovdu [/b] Dekabrın 19-da futbol üzrə Unibank Premyer Liqasında XVI turun daha 2 oyunu keçirilib. Lent.az-ın məlumatına görə, "Şəfa" stadionunda "İnter"in "Turan" klubu ilə keçirdiyi qarşılaşmada qalmaqal baş verib. Oyunun sonlarında Girt Karlsonun vurduğu ikinci qoldan sonra Bakı komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə onun Tovuz klubundakı həmkarı Nizami Sadıqov arasında mübahisə yaranıb. Söz savaşının böyüdüyünü görən baş hakim Rauf Cabbarov hər iki baş məşqçini meydançadan qovub. Matçdan sonra Tsxadadze ilə Sadıqov aralarındakı insidentə görə üzr istəyiblər. "İnter"in 3:1 hesablı qələbə qazandığı oyunda meydan sahiblərinin hücumçusu Girt Karlson het-trik edib. Qonaqlar isə yeganə topu penaltidən vurublar. Digər görüşdə "Xəzər-Lənkəran" "Qəbələ"ni minimal hesabla yenib - 1:0. Yeganə topu Rahid Əmirquliyev vurub. Meydan sahiblərinin hesabı artırmaq üçün daha bir imkanı olsa da, Allan Lalin penaltidən yararlana bilməyib. Bu nəticələrdən sonra xallarını 33-ə çatdıran "İnter" "Qarabağ"ın liderliyinə şərik olub. "Xəzər-Lənkəran" 32 xalla 3-cü, "Qəbələ" 26 xalla 6-cı, "Turan" isə 12 xalla 10-cu pillədə qalıb. 19 dekabr "İnter" (Bakı) - "Turan" (Tovuz) - 3:1 Girt Karlson, 43; 85; 90+2 - Valeri Onila, 38-penalti ilə "Xəzər-Lənkəran" - "Qəbələ" - 1:0 Rahid Əmirquliyev, 58 18 dekabr "Karvan" (Yevlax) - "Muğan" (Salyan) - 1:1 Tura sabah keçiriləcək daha 3 oyunla yekun vurulacaq: 20 dekabr 14:00. "Bakı" - "Olimpik-Şüvəlan" (Bakı) Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Elşən Durmuşov, Ramil Diniyev Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 14:00. "Neftçi" (Bakı) - "Standard" (Sumqayıt) Hakimlər: Əfqan Həmzəyev, Aydın Ələkbərov, Roman Vasilyev, Elvin Əsgərov Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu 14:15. "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala) Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Azad Q.Hüseynov, Hacıəli Ağayev Ağdam. Quzanlı Olimpiya Kompleksinin stadionu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA