Mübariz Qurbanlı: ?Müxalifət nəyisə boykot etmək üçün bəhanə axtarır?

img

19-12-2009 [02:04]


Xəbər verdiyimiz kimi, Azərbaycanın aparıcı müxalifət partiyaları Avropa Şurasının bələdiyyə seçkiləri üzrə müşahidə missiyası ilə görüşdən növbəti dəfə imtina edib. Müxalifət bu addımını Avropa Şurasının qeyri-obyektiv və etikadan kənar münasibəti ilə əsaslandırıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifətin bu addımın mənfi qiymətləndirib. Onun sözlərinə görə, müxalifətin belə bir addım atmasının heç bir əsası yoxdur. Qeyd edək ki, ötən həftə Avropa Şurasının nümayəndələri müxalifət liderlərini görüşə çağıraraq müəyyən olnmuş vaxtdan çox gözlətmişdi. Bu səbəbdən də müxalifət nümayəndələri görüşdən imtina etmişdilər. M.Qurbanlı oppnentlərinin bu addımının da adekvat olmadığını vurğulayıb: ?Onlara qarşı heç bir qeyri-etik hərəkətlərə yol verilməyib. Çox sadə şəkildə bildirildi ki, hakim partiyanın nümayəndələri ilə müxlifətçilərin görüşləri ayrı-ayrılıqda olacaq. Əvvəlcə hakimiyyət nümayəndələri ilə, sonra isə onlarla görüşüləcək. İndi dünya dağılmamışdı ki. Sadəcə olaraq, müxalifət nümayəndələri nəyisə boykot etmək üçün bəhanə axtarırlar?. YAP-çı deputat müxalifətin ?Avropa Şurası Azərbaycanda demokrtiya istəmir? bəyanatına da münasibət bildirib. Onun fikrincə, böu bəyanatlar mənasız söz yığnağından başqa bir şey deyil: ?Azərbaycanda demokratiyanı ilk növbədə hakimiyyət qurub və qurur. Biz Avropa Şurasının üzvüyük və standartlara uğun da əməkdaşlığımızı davam etdiririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA