Nazim ibrahimov: ?Əsas tədbirlərdən biri kimi dünya azərbaycanlı gənclərinin I konqresini Bakı zəhərində təzkil etməkdir?

img

18-12-2009 [02:57]


?Azərbaycan ikili standartlarla üzləşən ölkədir. ABŞ Konqresinin seperatçı rejimə 8 milyon dollar məbləğində vəsait ayırması, ?Euronews?da Azərbaycanın ərazi bütövlüyünə qarşı verilən verilişlər, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına kölgə salmaq məqsədilə şəhərlərimizin dünyanın ?ən çirkli şəhərləri? sırasına daxil edilməsi də buna əyani sübutdur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün YAP-ın qərargahında 2009-cu ilin 9 ayının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Komitə sədrinin sözlərinə görə, artıq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı etirazlarını ifadə ediblər: ?Bundan əlavə, bu günlərdə ?Fredom House? beynəlxalq hüquq müdafiə təşkilatının illik hesabatında Azərbaycanla bağlı qərəzli, qeyri-obyektiv fikirlərin yer alması, habelə təşkilatın hazırladığı xəritədə Dağlıq Qarabağın ?mübahisəli ərazi? kimi göstərilməsi Azərbaycan diaspor təşkilatlarının ciddi etirazına səbəb olmuş və bununla əlaqədar ?Fredom House? təşkilatının ünvanına etiraz məktubları göndərilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə daim ciddi və operativ reaksiyalar verir?. Komitə sədri onu da bildirib ki, artıq dünya xəritəsinin əhatə etdiyi əksər ölkələrdə Azərbaycan diasporu geniş imkanlara malikdir: ?Həmişə erməni diasporasını güclü kimi qələmə verərək bizi aşağılayırlar. Amma bu, qətiyyən belə deyil. Həmişə haqq nahaqqa qalib gəlib. Bir sıra nöqsanları çıxmaq şərtilə beynəlxalq institutların hesabatlarında Ermənistan həmişə işğalçı dövlət kimi tanınıb və onun ölkəmizdə törətdikləri vəhşiliklərdən xəbərdar olublar. Artıq diaspor təşkilatlarına siyasi cəhətdən yetkin və hazırlıqlı insanlar başçılıq edirlər?. N.İbrahimovun sözlərinə görə, dünya azərbaycanlılarının növbəti qurultayı 2010-cu ildə olacaq: ?Əsas tədbirlərdən biri kimi dünya azərbaycanlı gənclərinin I konqresini Bakı şəhərində təşkil etməkdir. Xocalı faciəsinin dünyaya çatdırılması ilə bağlı diaspora bir çox işlər görməkdədir. Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı tutduğu mövqedən asılı olmayaraq, Xocalı faciəsinin hər zaman geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bunun dünyada soyqırım kimi tanınması çox mürəkkəb məsələdir. Heç kimə sirr deyil ki, bizə yaxın olan və münasibətlərimiz sıx olan ölkələr belə, bu məsələdə biganəlik nümayiş etdirirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA