ABŞ-ın Azərbaycandakı səfirliyi qarzısında etiraz aksiyası keçiriləcək

img

16-12-2009 [01:26]


Müasir Müsavat Partiyası (MMP) ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, piketin keçirilməsində məqsəd ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar məbləğində yardım etməsinə və bu ölkənin Azərbaycana qarşı ikili siyasət yürütməsinə etiraz etməkdir. Dekabrın 22-də keçirilməsi nəzərdə tutulan piketə MMP-nin 50 nəfər fəalı qatılacaq. Partiya piketin keçirilməsilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayacaq. Qeyd edək ki, ABŞ ABŞ Nümayəndələr Palatası və Senat 2010-cu ildə Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Qərarda ABŞ-ın Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılması nəzərdə tutulub. Azərbaycan Milli Məclisi, ölkənin siyasi partiyaları və s. buna etirazını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA