Milli Məclisdə təmsil olunan 12 partiya etiraz bəyanatı verdi

img

15-12-2009 [02:52]


Bu gün Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarına etiraz olaraq bəyanat veriblər. Bu aksiya Sosial Rifah Partiyasının təşəbbüsü ilə baş tutub. Etiraz bəyanatını parlamentdə təmsil olunan iqtidarlı-müxalifətli bütün 12 siyasi partiyanın nümayəndələri imzalayıblar. Bəyanatda bildirlib ki, ABŞ Konqresinin bu addımı onun beynəlxalq nüfuzunua xələl gətirir və ikili standartlara xidmət edir. Sənədin müəllifləri bildirblər ki, Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə ayırmaqla ABŞ münaqişənin tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz demokratik imicinə zərbə vurmuş olur. Buna görə də tələb olunub ki, separatçı rejimə maliyyə yardımı nəzərdə tutan sənəd dərhal dayandırılmalıdır. Siyasi partiyalar Azərbaycanın ABŞ-dakı səfirliyindən xahiş ediblər ki, bəyanatı Amerikanın müvafiq dövlət orqanlarına çatdırsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA