Milli Məclisdə ABŞ Konqresinə etiraz bəyanatı göndərilməsi təklif olundu

img

15-12-2009 [12:42]


Milli Məclisin bugünkü iclasında deputatlar ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarına münasibət bildiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, millət vəkili Musa Quliyev təklif edib ki, konqresin bu qərarı ilə bağlı məsələnin müzakirəsi Milli Məclisin iclasının gündəliyinə salınsın. Deputat deyib ki, Qarabağdakı erməni separatçılarına birbaşa yardımın göndərilməsi barədə qərar Amerikanın Azərbaycanla münasibətlərinə ziyan vurur. Deputat bilidirib ki, məsələ Azərbaycan parlamantində ciddi müzakirə olunmalı və onunla bağlı Milli Məclis adından ABŞ Konqresinə etiraz bəyanatı verilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA