Rövnəq Abdullayev: ?AFFA ?Neftçi?yə dəstək verməyib və verə də bilməz?

img

14-12-2009 [02:42]


AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistərlə söhbətdə ?Turan? - ?Neftçi? oyunun danışılması barədə yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın ?Trend? İnformasiya Agentliyinə istinadən yaydığı məlumatda deyilir ki, R.Abdullayevin sözlərinə görə, bu oyunla bağlı prokurorluq işçilərindən ibarət komissiya yaradılıb və aparılan araşdırmalar nəticəsində oyunun bilərəkdən ?Neftçi?yə verilməsi barədə məlumatlar təsdiqini tapmayıb. "Neftçi? ARDNŞ tərəfindən himayə olunur və AFFA tərəfdən bu komandaya heç bir dəstək verilməyib və verilə də bilməz?. R.Abdullayev bildirib ki, ədalətli futbol AFFA üçün prioritet təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA