AiDP Fatimeyi-Zəhra məscidinin sökülməsi qərarına etiraz edənlərin polis zorakılığına məruz qoyulmasını pislədi

img

12-12-2009 [12:51]


gn=left]2010/tahir-abbasli-2.jpg[/libt] Həftənin diqqət çəkən hadisələrindən biri də Suraxanı rayonunda yerləşən Fatimeyi-Zəhra məscidinin sökülməsi ilə bağlı məhkəmə qırarının ardınca baş verən etiraz aksiyaları oldu. Məscidin sökülməsi ilə bağlı bu günlərdə dindarların keçirdiyi aksiyanın polis tərəfindən zorakılıqla dağıdılması isə ölkənin dindar kəsimini ciddi şəkildə narahat edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı bildirib ki, islamçı demokratlar baş verən hadisəni qəti şəkildə pisləyir: ?Məscidlərin sökülməsi bizi ciddi şəkildə narahat edir. Üstəlik məhkəmə qərarına etiraz edən insanların toplantısının zorakılıqla dağıdılması insan haqlarına zidd addımdır. Əgər bu ölkədə fikir, ifadə azadlığı varsa, dindarlar da öz sözlərini deyə bilərlər. Onların üzərilərinə polis yeritmək ölkəmizə baş ucalığı gətirməz?. Ölkə rəhbərliyinin bu siyasətindən narazı olduqlarını deyən AİDP sədri hesab edir ki, dindarlara qarşı mənfi münasibət fonunda İslamdan danışmaq yersiz bir hərəkətdir: ?Bir yerdə islamdan danışıb, digər yerdə məscid sökmək, dindarları döydürmək bir araya sığan məsələ deyil?. T.Abbaslı onu da qeyd edib ki, Fatimeyi-Zəhra məscidi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin münasibətinin nəzərə alınmaması da onları narahat edən məqamlardandır: ?Bu məsələdə bir qədər də qəribəlik var. Şeyx həmin məscidin sökülməsinin əleyhinə olduğunu bildirdi. Amma onun rəyini nəzərə almadılar. Maraqlıdır, hakimiyyət dairələri Şeyxin nüfuzlu bir şəxs olduğunu etiraf etdiyi halda onun rəyini nəzərə almırlar?. AİDP sədrinin fikrincə, onsuz da müxtəlif sferalarda, siyasətdə, biznes sahəsində fəaliyyətlərinə imkan yaradılmayan dindarların pənah apardığı məscidlərə qarşı bu cür münasibətə son qoylmalıdır: ?Əks halda bu daha ciddi etirazlara səbəb ola bilər. Biz hesab edirik ki, ?Azərbaycan tolerant ölkədir? şüarına əməl də sadiq qalmaq lazımdır. Bir tərəfdə yeni sinaqoq tikintisinə hazırlıq görülürkən, digər tərəfdə məscid sökmək, dindarlara qarşı zorakı hərəkətlər tətbiq etmək düzgün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA