Fariz Nəcəfov: ?Lazım olsa, onun gözünü çıxarıb hakimlikdən qovdurarıq?

img

10-12-2009 [03:19]


?Qəbələ? klubunun növbəti addımları hakimlərin bizə qarşı bundan sonrakı münasibətindən asılı olacaq?. Bu sözləri Qol.Az-ın müxbirilə söhbətində ?Qəbələ?nin vitse-prezidenti Fariz Nəcəfov komandasına Azərbaycan hakimlərinin ögey münasibət bəsləməsi barədə dünən yaydıqları bəyanatı şərh edərkən bildirib. O, ümumiyyətlə, təkcə Hakimlər Komitəsinin deyil, AFFA-nın uşaq futboluna baxan şöbəsi tərəfindən də ?Qəbələ?nin aşağı yaş qrupundan olan futbolçularına ayrıseçkilik edildiyini söyləyib. F.Nəcəfovun sözlərinə görə, kiçik yaşlı futbolçuların lisenziya məsələsilə bağlı süni əngəllər yaradılır. ?Qəbələ? rəsmisi bununla bağlı araşdırma apardıqları üçün hələlik geniş açıqlama vermək istəmədiyini deyib. ?Görünür, AFFA-dakı müəyyən adamlar bizim gördüyümüz işləri qısqanırlar? - deyə F.Nəcəfov vurğulayıb. ?Ötən mövsüm hakimlərin qərəzli münasibətinə görə ?Qəbələ? kubok oyunlarından çıxmaq istəyirdi. Hakimlərin komandanıza qarşı qərəzli münasibətinin davam etdiyini görsəniz, ?Qəbələ? premyer-liqanı tərk edə bilərmi? - sualına cavab olaraq F.Nəcəfov bildirib ki, hazırda çempionatdan çıxmaq barədə söhbət gedə bilməz: ?Bizim məqsədimiz Azərbaycan futboluna xidmət etmək, bütün yaş qruplarından olan milli komandalarımız üçün futbolçu hazırlamaqdır. Bir cılız hakimin cılız səhvinə görə çempionatı niyə tərk etməliyik?! Lazım olsa, bizə qərəzli münasibət göstərən hakimin gözünü çıxarıb onun özünü hakimlikdən qovdurarıq?. F.Nəcəfov sonda bir daha hakimləri ?Qəbələ?yə ögey münasibət göstərməməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA