?Azərbaycan Ermənistanın ağlının bazına gəlməsi üçün 95 il gözləməyəcək?

img

09-12-2009 [03:53]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mətbuat konfransı keçirib. M.Əhmədoğlu deyib ki, rəhbərlik etdiyi qurum ?Mübariz Əhmədoğlu ilə Qarabağ saatı? adlı yeni layihəyə start verib. Onun sözlərinə görə, layihə çərçivəsində ayda bir neçə dəfə jurnalistlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Dağlıq Qarabağ probleminin heç vaxt öz aktuallığını itirmədiyini deyən M.Əhmədoğlu münaqişəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün yeni formaların tapılmasının vacibliyini vurğulayıb. Politoloq qeyd edib ki, Ermənistanın həm daxili, həm də xarici siyasətinin ?ağıl testi?nə ehtiyacı var: ?Ermənistan oktyabrın 10-da Türkiyə ilə imzaladığı protokolları hələ parlamentə təqdim etməyib. Amma protokolları ratifikasiya etmək üçün Türkiyəyə təzyiq göstərir. Məhz bu məqamda erməni xisləti bir daha üzə çıxır?. SİTM sədri yaxın bir-iki il ərzində Ermənistanda sosial-iqtisadi gərginliyin daha da artacağını bildirib: ?Ermənistan parlamentinin dünən qəbul etdiyi qanun hərbçilərə bahalı maşınları müsadirə etmək hüququ verir. Azərbaycan bu mərhələni 1992-ci ildə keçib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycandan ən azı 17 il geridədir. Sözsüz ki, bu qanunun qüvvəyə minməsi imkanlı adamların ölkəni tərk etməsi ilə nəticələnəcək. Çünki artıq onların mülkiyyətinin toxunulmazlığına heç bir təminat yoxdur?. M.Əhmədoğlu Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olduğunu təsdiq edən başqa faktlar da açıqlayıb. Politoloq deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2009-cu ilin əvvəlində Ermənistana 100 milyon dollar kredit ayırıb: ?Ermənistan Maliyyə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, avqust ayına kimi heç bir iş adamı həmin vəsaitdən yararlanmaq üçün müraciət etməyib. Bu isə onu göstərir ki, Ermənistanda investisiya qoymağa heç bir sektor yoxdur. Təkcə bu fakt Ermənistan iqtisadiyyatının tənəzzülə uğradığını söyləməyə əsas verir?. Sonda M.Əhmədoğlu Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünlüyünü istisna etməyib: ?Ermənistan qondarma soyqırım iddialarından 95 il sonra imtina etdi. Azərbaycan Ermənistanın ağlının başına gəlməsi üçün 95 il gözləməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA