Nardaranda Bələdiyyə seçkiləri bu il də keçirilməyəcək

img

08-12-2009 [06:30]


Nardaranda seçilməli olan 11 nəfərlik bələdiyə uzvlüyünə cəmi elə 11 nəfər namizəd qalıb, 15 nəfərlik namizədlər siyahisindən dörd nəfər istefa verib, və namizədlər 11 yerə elə 11 nəfər qalıblar. Alternativsiz namizədlərlə isə seçki keçirmək qanunsuzdur. Kənd ağsaqqallarından Məşhədi Natiq Kərimov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, 130 saylı məktəbin direktoru Ağası (Ağasəid) müəllimin adı DSK və MSK tərəfindən siyahıdan çıxarılıb, namizədlərdən Azad, Nemət və İmranda camaat qarçısında deyiblər ki namizədliyimzi geri götürürük. Hələ bir neçə nəfər də bunlardan əlavə namizədliyini geri götürmək istəklərini bildiriblər. Hakimiyyət özü belə etdi artıq üçüncü dəfədir ki, kənd camaatının verdiyi namizədlərin əksəriyyəti qeydə alınmır və belə vəziyyət yaranır. Onsuzda camaat bu məsələdən narahat idi və seşkiyə getmək istəmirdi, hələ bu azmış kimi işıq və qaz problemi də ortaya çıxdı. Ümumiyyətlə artıq Nardaranda seçki söhbəti bitib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA