Ramin Musayev: ?Tutduğum vəzifə bu faktları açıqlamağa imkan vermir?

img

08-12-2009 [03:38]


?Turan? - ?Neftçi? oyunu ətrafında yaranan söz-söhbətlərlə bağlı artıq paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Vaqif Sadıqov və onun köməkçiləri ilə görüşmüşəm. İnanın, Vaqif müəllimin dediklərinə qulaq assanız, əmin olarsınız ki, bunlar boş şaiyələrdi?. Bu sözləri ?Futbol+?a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ?Turan? - ?Neftçi? oyunu haqda yayılan söz-söhbətlərə münasibət bildirərkən deyib. PFL-in başçısı bildirib ki, bu şaiyəni ortaya atanlar ?Turan?ın baş məşqçisi Nizami Sadıqovun yerinə göz dikənlərdir: ?Gəlin, real danışaq. Deyirlər, ?Turan? ?Neftçi?yə iki qol vura bilməz. Necə olurdu ki, iki il öncə mən klubda çalışanda tovuzlular Bakıda, həm də ?Neftçi?nin ən yaxşı vaxtlarında 2:1 hesabıyla qalib gəlmişdi. Sadəcə, bu şaiyələrin yaranması başqa söhbətin mövzusudu. Bu söhbətin yaranması ətrafında əlimdə ciddi faktlar var. Sadəcə, tutduğum vəzifə onları açıqlamağa imkan vermir. Yalnız onu deyə bilərəm ki, bu gün Nizami Sadıqovun postuna göz dikənlərin sayı kifayət qədərdir. Elə şaiyələri ortaya atanlar da həmin şəxslərin yaxınlarıdı. İnanın, söylənilənlər doğru olsaydı belə, Nizami Sadıqov elə şeylərə yol verməzdi. Bütün bunları ortaya atmaqla ?Neftçi? və ?Turan? kimi köklü klubları gözdən salmış oluruq. İkinci hissəyə əsasən deyə bilərəm ki, ?Turan?ın futbolçuları heç də deyildiyi kimi, meydanda gəzməklə məşğul deyildilər. Sonda bir sözü də demək istəyirəm ki, ?Neftçi?də çalışdığım 4 ildə ?Turan? rəhbərliyi ilə xoş münasibətlərimiz olub. Ancaq heç vaxt, heç bir danışıqdan söhbət getməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA