Berti Foqts: ?Onsuz da onların bəxti həmizə gətirir?

img

07-12-2009 [02:30]


?Hesab edirəm ki, püşkdə Almaniya millisinin bəxti gətirdi. Bu da yenilik deyil. Çünki almanların bəxti onsuz da həmişə gətirib?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri dünya çempionatının püşkatmasının Almaniya millisi üçün nə dərəcədə uğurlu alınması barədə fikirlərini bildirən milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis dünya çempionatının favoritləri qismində gördüyü komandaların da adlarını açıqlayıb: ?Fikrimcə, Serbiya, Qana və Avstraliya milliləri ilə eyni qrupda almanlar elə bir çətinliklə üzləşməməlidirlər. Favoritlər arasında Almaniya ilə yanaşı İspaniya, Braziliya, İngiltərə və sonuncu dünya çempionu İtaliya millilərini görürəm?. Xatırladaq ki, ?D? qrupunda yer alan Almaniya millisi Avstraliya, Serbiya və Qana milliləri ilə bir qrupda yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA