Avropa Şurasının nümayəndə heyəti Azərbaycana gəlir

img

04-12-2009 [03:52]


Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 7-də Bakıya gələcəkdir. Nümayəndə heyəti Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə tanış olacaqdır. Səfər çərçivəsində qonaqlar hökumətin, QHT-lərin nümayəndələri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşəcəklər. Avropa Şurasının müşahidə missiyasına Türkiyədən olan deputat Qaya Doğanoğlu başçılıq edəcəkdir. Nümayəndə heyətinin tərkibinə Avropa Şurasının deputatları Niqel Mermaqen (Böyük Britaniya), İştvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç (Sloveniya) və Qudrin Mosler-Ternstrrem (Avstriya) daxildirlər. Müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də bir daha Azərbaycana gələcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA