islamçılar Azərbaycanda və beynəlxalq aləmdə baz verən dini proseslər, islamofobiya mövzusunda tədbir keçirdi

img

03-12-2009 [03:10]


Bu gün Azərbaycan İslam Partiyasının (AİP) təşkilatçılığı ilə Azərbaycanda və beynəlxalq aləmdə baş verən dini proseslər, islamofobiya mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli çıxış edərək dünyanı qorxu altında saxlamaq, insanları öz inanclarından döndərmək üçün davamlı olaraq müxtəlif güclər tərəfindən tədbirlər həyata keçirildiyini bildirib. Partiya sözçüsü İsveçrədə məscidlərin tikilməsinə qadağanın qoyulması, İraq, Əfqanıstan və Yəməndəki qırğınlar və həmçinin Azərbaycanda məscidlərin sökülməsinin də bu siyasətə xidmət etdiyini vurğulayıb. AİP sədri Mövsüm Səmədov hazrda bu sahədə ciddi problemlərin olduğunu qeyd edib və yaranmış böhranlı vəziyyətdən çıxış yolunun tapılmasının vacib olduğunu nəzərə çatdırıb. Partiya sədri onu da deyib ki, bu kimi addımların atılmasının günahını sionizmdədir. Onun sözlərinə görə, təkcə İsveçrədə deyil, Avropanın digər ölkələrində də zaman-zaman belə addımlar atılıb. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu 2009-cu il üçün Bakının İslam Mədəniyyətinin paytaxtı elan edildiyini, lakin buna zidd addımlar atıldığını deyib. İ.İbrahimoğlu bildirib ki, əgər Fatmeyi Zəhra məscidi sökülərsə bunun məsuliyyətini Qafqaz Müsəlmanları İdarəsi daşıyacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA