Nemət Pənahlı aktiv siyasi fəaliyyətə bazlayacağını bəyan etdi

img

03-12-2009 [02:01]


Bu gün Milli Dövlətçilik Partiyasının (MDP) sədri, keçmiş hərəkatçı Nemət Pənahlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, N.Pənahlı yenidən siyasi proseslərdə aktiv iştirak etmək qərarına gəldiyini bəyan edib. MDP sədri bu günə kimi siyasətdən getməydiyini sadəcə passiv fəaliyyət də olduğunu bildirib: ?Mən siyasi fəaliyyətimi milli azadlıq mübarizəsində həsr etmişəm. Bəziləri mənim Heydər Əliyevin adamı olduğumu deyirdi. Mən heç vaxt nə Heydər Əliyevin, nə də başqa kimsənin adamı olmamışam. Amma nədənsə, həmişə məni radikal, macəraçı və ya millətçi kimi təqdim ediblər. Ona görə də bir qədər kənarda dayanıb prosesləri izləməyi qərar aldım. Artıq qərara almışam ki, aktiv siyasi fəaliyyətə qayıdaraq, milli problemlərin həlli uğrunda mübarizəyə başlayım?. N.Pənahlı Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. O, həm iqtidarı, həm də müxalifəti bu məsələdə əsaslı mövqe nümayiş etdirməməkdə ittiham edib. Onun sözlərinə görə, ermənilər Qarabağı demokratik yolla işğal etməyib ki, oranı demokratik yolla azad edək: ?Mən təəssüf edirəm ki, müxalifət də müharibə sözünü dilinə gətirə bilmir. Hakimiyyət isə millətin problemini həll etmək istəyirsə, xalqa arxalanmalıdır?. MDP sədri Vahid Azərbaycan Uğrunda Milli Birlik Hərəkatının yaradılması üçün fəaliyyətə başladığını da bildirib və bundan sonrakı siyasi fəaliyyətinin əsas xəttini Qarabağ və Cənubi Azərbaycan məsələsinə həsr edəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA