?Neftçi?də yeni baz məzqçi dəyizikliyi

img

02-12-2009 [06:57]


gn=left]2010/neftci-komanda-1.jpg[/libt] ?Neftçi? futbol klubunun aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikləri baş verib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ?Sabahın ulduzları? paytaxt çempionatında iştirak edən 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi Rüfət Quliyev bundan sonra klubun 17 yaşlı futbolçulardan ibarət komandasına rəhbərlik edəcək. İndiyədək bu komandanın baş məşqçisi olmuş Rəhman Tağıyev Respublika Olimpiya İdman Litseyində (ROİL) çalışmaqla yanaşı, ?Neftçi?nin ROİL-də fəaliyyət göstərən komandalarına kuratorluq edəcək. 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi postu isə Arif Abasova tapşırılıb. A.Abasov eyni zamanda ?Neftçi?nin 13 yaşlılardan ibarət komandasının baş məşqçisi vəzifəsindəki işini də davam etdirəcək. 1988-ci ildə SSRİ-nin U-16 yığma komandası ilə Avropa çempionatının gümüş mükafatçısı olmuş Rüfət Quliyev ?Xəzər? (Sumqayıt), ?Turan? (Tovuz), ?Xəzri? (Buzovna), ?Qarabağ? (Ağdam), ?ANS-Pivani? (Bakı), ?İstiqlal? (Tehran, İran) və ?Sənətneft? (Abadan, İran) klublarında çıxış edib. Milli komandamızın heyətində 43 oyunda meydana çıxmış yeni baş məşqçi R.Quliyev 1994-cü ildə ?Turan?la Azərbaycan çempionu olub. O, həmçinin İran çempionatının və kubokunun qalibi olmaqla yanaşı, iki dəfə Asiya Çempionlar Liqasında 3-cü yeri tutub. Məşqçilik karyerasına 2006-cı ildə ?Gənclərbirliyi?ndə köməkçi məşqçi kimi başlayan Rüfət Quliyev 2008-ci ildən ?Sabahın ulduzları? paytaxt çempionatında yarışan ?Neftçi?nin 1999/2000-ci il təvəllüdlü futbolçularına rəhbərlik edib. Ötən il bu çempionatın qızıl medallarını qazanmış R.Quliyev ?B? kateqoriyalı məşqçi lisenziyasının sahibidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA