Tahir Abbaslı: ?Türkiyə Rusiya və iranla ortaq məxrəc tapa bilsə, Qarabağ münaqizəsi həll oluna bilər?

img

02-12-2009 [12:50]


?Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməsinə ciddi şəkildə mane olurlar. Burada münaqişənin həlli həvalə olunan ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ? Rusiyanın, Fransanın və ABŞ-ın rolu böyükdür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı deyib. Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin intensiv görüşmələrinə baxmayaraq vəziyyət ürəkaçan deyil: ?Son danışıqların zahiri ümidverici olsa da batili çox qaranlıq və aldadıcı görünür. Hesab edirəm ki, böyük güclərin region üzərində qurduqları oyunlar, həmçinin böyük iqtisadi layihələr danşıqıları əsarəti altına alıb. Məncə Rusiya, Avropa və ABŞ öz maraqlarını bölüşdürmək üçün hələ də orta xətt tapa bilməyiblər. Bu mənada hesab edirəm ki, böyük qüvvələrin maraqları uzlaşmayınca Qarabağ məsələsində irəliləyişdən danışmaq çətin məsələdir?. AİDP sədri deyir ki, adları çəkilən böyük dövlətlər ikinci Dünya Müharibəsi ərəfəsində olduğu kimi indii də bir-birini aldatmaqla məşğuldurlar. Azərbaycan tərəfinin müharibəyə əl atacağına gəlincə, T.Abbaslı bildirdi ki, ölkəmiz bu məsələdə özbaşına deyil: ?Məncə buna nə Rusiya, nə də Qərb dövlətləri imkan verəcək. Rusiya Gürcüstanda baş verən olaylardan sonra yeni bir silahlı qarşudrmanın iştirakçısı olmaq istəmir. Qərbin isə iqtisadi layihələri var?. AİDP sədrinin fikrincə, hazırkı dönəmdə Türkiyə ciddi rol oynaya bilər: ?Son dövrlər bu məsələdə Türkiyə fəallaşıb. Məncə qardaş ölkə bu prosesdə yaxından iştirak etsə xüsusilə də Rusiya və İranla ortaq məxrəc tapa bilsə nə isə dəyişə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR