ADP Azərbaycan tərəfinin birtərəfli qaydada danızıqlardan imtina etməsini tələb edir

img

01-12-2009 [04:46]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin gedişi və bələdiyyə seçkiləri əsas müzakirə obyekti olub. Dövlət başçısının Rusiya prezidenti D.Medvedevlə son görüşünə diqqət çəkən toplantı iştirakçıları bu görüşün protokol qaydalarına uyğun olaraq əvvəldən proqramlaşdırılmadığını və yalnız şəxsi istəklər üzərində qurulduğunu qeyd etməklə iki dövlət arasında qarşılıqlı əlaqələri tənzimləyən və ölkəmizin təhlükəsizliyini təmin edən qərar və razılaşdırılmaların qəbul edilməməsini diqqətə catdırıb. Həmçinin qlobal iqtisadi bohranın dərin iz buraxdığı Azərbaycanda dövlət büdcəsinin kəsirlə yerinə yetirildiy və ölkəmizin böyük iqtisadi çətinliklərlə üzləşdiyi bir zamanda Rusiyada külli vəsait hesabına park salınmasını yersiz bədxərclik kimi qiymətləndirib. İdarə Heyəti üzvləri son vaxtlar bəzi güclərin Azərbaycanın xarici siyasətində Rusiyaya birtərəfli üstünlük verilməsi ilə bağlı çağrışları Rusiyaya meyilli qüvvələrin apardığı gizli fəaliyyətin legitimləşdirmə cəhdi kimi dəyərləndirmiş və bu cür cəhdlərin DQ problemin həllinə kömək edəcəyi ilə bağlı fikirləri əsassız hesab edib. İH belə hesab edir ki, bu cür kurs seçiləcəyi təqdirdə Azərbaycan Qərbin dəstəyindən tamamilə məhrum olacaq və DQ problemini yaradan Rusiya öz məqsədlərinə daha asanlıqla çatacaq və Azərbaycanın dövlət müstəqiliyi real təhlükə ilə üzləşəcək. Toplantı iştirakçıları iqtidar düşərgəsinə mənsub siyasilərin Azərbaycanın strateji maraqlarına zidd olan və milli maraqlarımızla uzlaşmayan belə çağrışlardan çəkinməyə çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar Ermənistan rəhbərliyinin DQ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda əvvəl razılaşdırılmış şərtlərdən fərqli olaraq yeni tələblər irəli sürməsini, Azərbaycana qarşı gülünc genosid iddiasinı parlamentlərində müzakirəyə çıxarılması cəhdini və Ermənistan prezidentinin DQ bağlı aşkar işğalçı mövqe nümayiş etdirməsini Ermənistanın qeyri konstruktivlik mövqe nümayiş etdirməsi kimi qiymətləndirib və Ermənistan tərəfini öz mövqeyini dəyişdirmədikcə Azərbaycan tərəfinin birtərəfli qaydada danışıqlardan imtina etməsinin məqsədəuyğun olduğunu hakimiyyətin diqqətinə çatdırıb və problemin tənzimlənməsinin beynəlxalq hüquq normalarının tələb etdiyi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi şərçivəsində həll edilməsinin vacibliyini bildirib. Azərbaycan iqtidarını bu günə qədər Xocalı soyqrımını MM də və dünya parlamentlərində müvafiq hüququ qiymət verilməsinə cəhd göstərməməsini ciddi siyasi səhf hesab edib. İdarə Heyəti üzvləri son günlər İsveçrədə məscidlərin tikilməsinin əlehinə olan referendum keçirilməsini kəskin şəkildə pisləyib və bunun BMT-ni müvafiq qətnamələri ilə etiraf edilən fundamental insan hüquq və azadlıqlarının kobud surətdə pozduğundan BMT-in insan haqları komitəsini bu məsələyə münasibət bildirməyə çağırıb. Neft ölkəsi olan Birləşmiş Ərəb Əmirliyində son günlər müşahidə olunan cidi iqtisadi bohranın səbəblərinə diqqət çəkən toplantı iştirakçıları bu faktın neftdən gələn gəlirləri ölkənin gələcək inkişafına stimul verəcək sahələrə yox, daha çox ölü kapital kimi daşınmaz əmlaka yatıran iqtidarların səhf iqtisadi-siyasətinin nəticəsi kimi dəyərləndirib və Azərbaycan iqtidarını neft və digər təbii ehtiyatlarımızdan səmərəli istifadə etməyə, əldə olunan gəlirləri xalqımızın yaxın və uzaq gələcəyinə hesablanmış layihələrin həyata keçirilməsinə yönəltməyə çağırıb. İdarə Heyəti son vaxtlar İsrail dövlətinin PKK ilə əməkdaşlıq etməsi ilə bağlı yayılmış məlumatlardan narahatlıq ifadə edib. Bunu terrorizmin birbaşa dəstəklənməsi kimi qiymətləndirib və bu əlaqələrin Azərbaycanın da milli təhlükəsizliyinə zərbə vuracağından belə faktların təsdiq olunacağı təqdirdə Azərbaycan iqtidarını İsraillə münasibətlərinə yenidən baxmağı tövsiyə edib. İdarə Heyəti bələdiyyə seçkiləri ilə bağlı məsələni də müzakirə edib, baş verən qeyri-qanuni halların toplanması və müvafiq instansiyalara müraciət edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA