Müsavat maneələrə baxmayaraq, geniz təbliğat kampaniyası qurmağa çalızacaq

img

01-12-2009 [04:23]


?Hələlik təşviqat kampaniyası tam sürət götürməyib. Yəqin ki, hansısa təqib və təzyiqlər kampaniya tam start götürdükdən sonra ola bilər. Düşünürəm ki, bu həftənin sonu gələn həftənin əvvəlindən etibarən təşviqat kampaniyası genişlənəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasının gedişatı ilə bağlı açıqlama verərkən deyib. A.Hacılı onu da bildirib ki, gələn həftə Müsavat Partiyasının qərargahında partiyanın Bakıdan olan namizədlərinin bir qismi ilə görüş keçiriləcək: ?Təəssüf doğuran hal odur ki, televiziyada debatlar olmayacaq. Hakim partiyi istisna olmaqla, heç bir partiyaya televiziyadan istifadə hüququ verilməyib. Belə olan şəraitdə normal təbliğat kampaniyası qurmaq sözsüz ki, çətin olacaq. Əgər şərait yaradılarsa, biz həm açıq, həm qapalı zallarda seçicilərlə görüşlər keçirmək niyyətindəyik?. Müsavat yetkilisi onu da vurğulayıb ki, bu görüşlərdə partiyanın səlahiyyətli nümayəndələri də fəal iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA