Seçkiləri müzahidə edəcək Avropa Şurasının nümayəndə heyətinin tərkibi bəlli oldu

img

01-12-2009 [01:50]


Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinin tərkibi açıqlanıb. Müstəqil İnformasiya Agentliyi Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə Türkiyədən olan deputat Qaya Doğanoğlu başçılıq edəcək. Nümayəndə heyətinə Nigel Mermagen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç, Qudrim Mosler-Törnström (Avstriya) daxildir. Dekabrın 7-8-də Azərbaycana səfəri çərçivəsində qonaqlar seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaqlar. Konqresin müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də Azərbaycana gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA